مَا مَعِي وَجَهْ قَابِل بِهْ سِوَى حُسُنْ ظَنِّي
Sənə olan xoş zənnimdən başqa, qarşına çıxacaq bir üzüm yoxdur.
Az
مَا مَعِي وَجَهْ قَابِل بِهْ سِوَى حُسُنْ ظَنِّي
فِيكْ يَا رَبِّ فَارْحَمْنِي وَلَا تَمْتَحِنِّي
Sənin hüzuruna çıxmaq üçün Sənə olan xoş gümanımdan başqa bir şeyim yoxdur
Ey Rəbbim, mənə rəhm et və məni imtahana çəkmə
تُبْتْ يَا رَبِّ فَاقْبَلْ تَوْبَتِي وَاعْفُ عَنِّي
وَامْحُ ذَنْبِي وَسَامِحْ كُلَّ تَقْصِيرْ مِنِّي
Tövbə etdim, ey Rəbbim, tövbəmi qəbul et və məni əfv eylə
Günahımı sil və hər bir nöqsanımı bağışla
خِفِتْ مِنْ عَاقِبَةْ أَمْرِي فَجُدْ لِي بِأَمْنِي
مَحِضْ فَضْلٍ وَإِحْسَانٍ وَجُودٍ وَمَنِّ
İşlərimin aqibətindən qorxdum, mənə lütfünlə əmin-amanlıq bəxş et
Sırf fəzlinlə, ehsanınla, səxavətinlə və inayətinlə
آه مِنْ عَثْرَتِي يَا رَبِّ مِنْهَا أَقِلْنِي
زَادْ ذَنْبِي وَمِنْ كُثْرِ الْخَطَا حَارْ ذِهْنِي
Ah, ey Rəbbim, büdrəmələrimdən qaldır məni
Günahım artdı, xətalarımın çoxluğundan zehnim heyran qaldı
أَدْرِكْ أَدْرِكْ بِتَعْجِيلِ الْفَرَجْ وَانْتَقِدْنِي
وَاعْطِنِي عِلِمْ مِنْكَ يَا إِلَهِي لَدُنِّي
Dadıma çat, dadıma çat, qurtuluşu təcil et və məni xilas eylə
Ey İlahim, mənə Öz dərgahından lədunni bir elm bəxş et
يَنْجَلِي بِهْ عَنِ الْقَلْبِ الْصَّدِى كُلَّ رَيْنِ
ياَ سَمِيعَ الْدُّعَاءْ سَلْكَ اسْتَجِبْ وَاسْتَمِعْنِي
Onunla qəlbdəki bütün paslar və hər bir pərdə silinib getsin
Ey duaları eşidən, Səndən diləyirəm, duamı qəbul et və məni dinlə
مَا لِي إِلَّا أَنْتَ مُعْطِي
مَا لِي إِلَّا أَنْتَ مُغْنِي
Səndən başqa mənə verəcək kimsəm yoxdur
Səndən başqa məni zəngin edəcək kimsəm yoxdur