يَـا سَـيِّـدَ الرُّسْـلِ غَـارَة
Ey Rəsulların Ağası, Qorumaq Üçün Yetiş
Az
الله الله يَا الله الله الله يَا الله
يَـا رَبِّ صَـلِّ عَـلَـى الـمُخْتَارِ خَيْرِ العَبِيدْ
Allah, Allah, ya Allah! Allah, Allah, ya Allah!
Ya Rəbb, bəndələrin xeyirlisi olan Muxtara salavat göndər.
يَـا سَـيِّـدَ الرُّسْـلِ غَـارَةْ لِأَقَـلِّ الـعَـبِـيـدْ
بِـوَصْلِ مَـحْبُوبِ قَـلْبِي يَـنْطَفِي ذَا الوَقِيدْ
Ey rəsulların sərvəri, bəndələrin ən acizinə imdad eylə
Qəlbimin məhbubu ilə vüsal tapsam, bu atəş sönər.
قَـدْ يَـجْـمَـعُ اللهُ مِـنْ بَعْدِ الأَيَـاسِ البَعيدْ
وَكَيْفَ آيِسْ وَهُـوْ قَـادِرْ عَـلَـى مَـا يُرِيـدْ
Allah uzaq bir ümidsizlikdən sonra vüsal nəsib edər
O, hər istədiyinə qadir ikən mən necə ümidsiz olaram?
نَـذَرْتُ شَافْعَلْ إذَا شَاهَدْتُ عَيدِيدَ عِيدْ
يَــا وَادِيَ الغِيدِ ذِي مَــا مِثْلُهُمْ قَــطُّ غِيدْ
Əydid bayramını görsəm nə edəcəyimə nəzir demişəm
Ey bənzəri olmayan zəriflərin vadisi.
قُـولُـوا لَـهُـمْ: مَـا تَـرِقُّوا لِلغَرِيبِ الوَحِيدْ
مَـهْـلاً مِـنَ البُعْدِ مَهْلاً مَـا عَـلَـى ذَا مَزِيدْ
Onlara deyin: bu kimsəsiz qəribə rəhm etməzsinizmi?
Bu uzaqlıq bəsdir, artıq buna dözüm qalmadı.
وَلَا بَـلـي قَــطّْ شَوْقِي غَـيـرَ دَائِـمْ جَدِيدْ
لِعَيْدَرُوسِ الـمَـعَـالِـي ثُــمَّ سَعْدِ السَّعِيدْ
Həsrətim əsla köhnəlməz, hər an daimi və təzədir
Uca məqamlı Əydərus və səadətli Səd üçün.
كَـمْ دَمَّـرُوا لِـي أَعَـادِي رُبَّ ظَـالِـمْ عَنِيدْ
وَأَنَا بِهِم إِنْ قَصَرْ جَهْدِي فِي النَّاسِ جِيدْ
Mənim üçün nə qədər inadkar zalım düşmənləri məhv etdilər
Gücüm yetməsə də, onların sayəsində insanlar içində möhtərəməm.
وَكُـلُّ عَـامٍ يَـقُـولُــوا هَــانْ وَأَنــا أَزِيــدْ
بِـعَـونِ رَبِّـي وَأَخْـتِـمْ بِـالـوَلِـيِّ الـحَمِيدْ
Hər il "zəiflədi" desələr də, mən daha da artaram
Rəbbimin köməyi ilə, sözümü Həmid olan Vəli ilə bitirirəm.
صَـلُّـوا عَـلَـى أَحْـمَـدْ وَمَـنْ صَلَّـى عَـلَـى أَحْـمَـدْ يُـفِـيـدْ
Əhmədə salavat deyin, çünki Əhmədə salavat deyən bəhrə tapar