مِنْ جَمَالِ الْكَوْنِ خَمْرِي
Kainatın gözəlliyindən şərabım
Az
Az
مِنْ جَمَالِ الْكَوْنِ خَمْرِي
ذَقْتُهُ صِرْفاً حَلَالَا
Kainatın gözəlliyindəndir mənim şərabım
Onu xalis daddım və o halaldır
وَهْوَ مِنْ أَوْصَافِ بَدْرِي
قَدْحَوَى ذَاكَ الْجَمَالَا
O, mənim bədrimin vəsflərindəndir
Bütün o gözəlliyi özündə cəm etmişdir
وَجْهٌ قَدْ لَاحَ سَنَاهْ
وَالْكَوْنُ غَدَا مِرْآهْ
Elə bir sima ki, nuru hər yana parladı
Və kainat onun güzgüsünə çevrildi
إِنْ رُمْتَ فُؤَادِي لِقَاهْ
فَاجْعَلْ هَوَاكَ هَوَاهْ
Ey könlüm, əgər Ona qovuşmaq istəyirsənsə
Meyl və arzunu Onun meyli ilə bir et
أَنَا بِالْرُّوْحِ سَمَاءُ
أَنَا بِالْجِسْمِ هَبَاءُ
Ruhən mən uca bir asimanım
Cismən isə bir toz zərrəsiyəm
أَنَا زَهْرٌ أَنَا مَاءُ
تِهْتُ مِنْ وَجْدِي دَلَالَا
Mən bir çiçəyəm, mən bir suyam
Vəcdimin şirinliyindən valeh olmuşam
وَالْرُّوْحُ رَقَى مَرْقَاهْ
وَالْقَلْبُ غَدَا يَرْعَاهْ
Ruh öz uca məqamına yüksəldi
Qəlb isə onu hifz edib qorumağa başladı
وَالْجِسْمُ سَعَى مَسْعَاهْ
لِيَنَالَ بِذَاكَ مُنَاهْ
Bədən isə öz yolunda sürətlə addımladı
Bununla da öz ən böyük arzusuna çatdı
يَا عَذُوْلاً لَامَ جَهْلاً
مُغْرَماً قَدْ نَالَ وَصْلَا
Ey cahilliklə məzəmmət edən eyibçi
Vüsala yetmiş bir aşiqi qınayan
إِنْ تَلُمْ صِدْقاً سَتُبْلَى
وَتَذُوْقُ الْحُبَّ حَالاَ
Əgər sidqlə qınasan, sən də sınağa çəkilərsən
Və bu eşqi elə o andaca dadarsan
بِفَنَائِكَ عَنْ سِوَاهْ
تَأْوِيْ لِفِنَاءِ بَقَاهْ
Ondan qeyrisindən fəna olmaqla
Onun əbədi bəqasının dərgahına sığınarsan
وَبِبَرْدِ شَرَابِ رِضَاهْ
يُطْفِي الْفُؤَادُ جَوَاهْ
Razılığının şərabının sərinliyi ilə
Qəlbin yandırıcı atəşi sönər
صَلَوَاتُ اللهِ تُهْدَى
مِنْ جَمِيْعِ الْطِّيْبِ أَنْدَى
Allahın salatları hədiyyə olsun
Bütün ətirlərdən daha rayihəli və lətif
لِرَسُوْلٍ قَدْ تَبَدَّى
نُوْرُهُ يَمْحُو الْضَّلَالَا
Zühur edən o Peyğəmbərə ki
Nuru hər bir zəlaləti məhv edər
بِسَلامٍ لا يَتَنَاهْ
وَالْاَلِ أُهَيْلِ الْجَاهْ
Heç bitməyən bir salam ilə
Onun ali mənsəb sahibi olan ailəsinə
وَالْصَّحْبِ وَمَنْ وَالَاهْ
وَجِيْعِ رِجَالِ الله
Səhabələrinə və ona tabe olanlara
Və Allahın bütün uca mərdlərinə