مَنْ مِثْلُ أحمد
Əhməd kimi kim var?
Az
اللهْ اللهُ اللهْ اللهُ
اللهْ اللهُ تَبَارَكَ اللهُ
Allah Allah, Allah Allah
Allah Allah, mübarəkdir Allah!
مَنْ مِثْلُ أَحْمَدَ فِي الكَوْنَيْنِ نَهْوَاهُ
بَدْرٌ جَمِيعُ الوَرَى فِي حُسْنِهِ تَاهُوا
İki aləmdə Əhməd kimi kim var sevdiymiz?
O bir bədirlənmiş aydır ki, bütün məxluqat onun hüsnündə azıb.
مَن مِثْلُهُ وَ إِلَهُ الْعَرْشِ شَرَّفَهُ
بِالْخَلْقِ وَ الْخُلْقِ إِنَّ اللَّهَ أَعْطَاهُ
Kimdir onun bənzəri ki, Ərşin Rəbbi onu şərəfləndirdi
Allah ona həm gözəl surət, həm də gözəl əxlaq bəxş etdi.
وَالشَّمْسُ تَخْجَلُ مِنْ أَنْوَارِ طَلْعَتِهِ
حَارَتْ عُقُولُ الْوَرَى فِي فَهْمِ مَعْنَاهُ
Günəş onun camalının nurundan xəcalət çəkər
İnsanların ağlı onun mahiyyətini anlamaqda heyran qaldı.
تَبَارَكَ اللَّهُ مَا أَحْلَى شَمَائِلَهُ
حَازَ الْجَمَالَ فَمَا أَبْهَى مُحَيَّاهُ
Mübarəkdir Allah, nə şirindir onun xisləti
Camala sahib oldu, nə parlaqdır onun surəti.
يَا عُرْبَ وَادِي النَّقَى يَا أَهْلَ كَاظِمَةٍ
فِي حَيِّكُمْ قَمَرٌ فِي الْقَلْبِ مَثْوَاهُ
Ey Nəqa vadisinin ərəbləri, ey Kazimə əhli
Sizin yurdunuzda bir ay var ki, məskəni qəlbdədir.
صَلَّى عَلَيْهِ إِلَهُ الْعَرْشِ مَا طَلَعَتْ
شَمْسٌ وَ مَا حَدْحَدَ الْحَادِي مَطَايَاهُ
Ərşin İlahi ona salat etsin günəş doğduqca
Və sarban öz dəvələrini mənzilə sürdükcə.
اللهُ بِالْمَدْحِ لِلْمُخْتارِ مَنَّ عَلَيّْ
عَسَى يُرى لِيَ بَيْنَ المَادِحِيْنَ حَلَي
Allah Muxtarın mədhi ilə mənə lütf etdi
Ola bilsin ki, məddahlar arasında yerim görünsün.
إِذَا أَتَيْتُ لِأَقْرَا الصُّحْفَ مِنْ عَمَلِيْ
مَالِي سِوَى مَنْ لَهُ فَضْلٌ يُشِيْرُ إِلَىّ
Əməl dəftərimi oxumağa gəldiyim zaman
Mənə lütfünü göstərən kərəmli Rəbbimdən başqa kimsəm yoxdur.
مُحَمَّدٌ سَيِّدُ الكَوْنَيْنِ وَالثَّقَلَيْـنِ
وَالفَرِيقَيْنِ مِنْ عُرْبٍ وَمِنْ عَجَمِ
Məhəmməd iki aləmin və iki zümrənin sərvəridir
Həm ərəbin, həm də əcəmin ağasıdır.
هُوَ الحَبِيبُ الذِّي تُرْجَى شَفَاعَتُهُ
لِكُلِّ هَوْلٍ مِنَ الأَهْوَالِ مُقْتَحَمِ
O, şəfaəti ümid edilən sevgilidir
Üstümüzə gələn hər bir dəhşətli qorxu anında.
نَبِيُّنَا الآمِرُ النَّاهِي فَلاَ أَحَدٌ
أَبَرَّ فِي قَوْلِ لاَ مِنْهُ وَلاَ نَعَمِ
Peyğəmbərimiz əmr edən və nəhy edəndir, ondan daha sadiq kimsə yoxdur
Nə "yox" deməkdə, nə də "bəli" deməkdə.
كَالزَّهْرِ فِي تَرَفٍ وَالبَدْرِ فِي شَرَفٍ
وَالبَحْرِ فِي كَرَمٍ وَالدَّهْرِ فِي هِمَمِ
Təravətdə gül kimi, şərəfdə bədir aydır
Kərəmdə dərya kimi, qərarlılıqda isə zaman kimidir.
يِا رَبِّ بِالمُصْطَفَى بَلِّغْ مَقَاصِدَنَا
وَاغْفِرْ لَنَا مَا مَضَى يَا وَاسِعَ الكَرَمِ
Ya Rəbb, Mustafa xatirinə bizi məqsədimizə çatdır
Keçmiş günahlarımızı bağışla, ey kərəmi geniş olan!
وَاغْفِرْ إِلَهِي لِكُلِ المُسْلِمِينَ بِمَا
يَتْلُونَ فِي المَسْجِدِ الأَقْصَى وَفِي الحَرَمِ
Ey İlahi, bütün müsəlmanları bağışla
Məscidül-Əqsada və Hərəmdə oxuduqları dualar hörmətinə.
بِجَاهِ مَنْ بَيْتُهُ فِي طَيْبَةٍ حَرَمٌ
وَإسْمُهُ قَسَمٌ مِنْ أَعْظَمِ الْقَسَمِ
Evi Taybədə müqəddəs bir hərəm olanın cahı üçün
Hansı ki, onun mübarək adı ən böyük anddır.