رَسُولَ إِلَهِ الْعَالَمِينَ تَعَالَى
Aləmlərin uca İlahının rəsulu
Az
Az
رَسُولَ إِلَــهِ الْعَالَمِيـــــنَ تَعَالَـى
خَدِيمُكَ نَادَى يَا رَسُولُ تَعَـــالاَ
Ey aləmlərin uca Rəbbinin Rəsulu
xidmətçin səsləndi: Ey Rəsul, yaxın gəl!
خَدِيمُكَ نَادَى يَا رَسُولُ فَلاَ أُرَى
فَقِيرًا إِلَى غَيْــرِ الْإِلَـــهِ تَعَالَــى
Səsləndi xidmətçin, ey Rəsul, qoy görünməyim
Uca Allahdan başqa heç kəsə möhtac və yoxsul.
خَدِيمٌ بِأَقْصَى الْغَرْبِ يَدْعُو مُحَمَّــدًا
وَلَيْسَ يَرَى غَيْرَ الْرَّسُـــولِ ثِمَـالاَ
Ən uzaq məğribdə bir xidmətçi Məhəmmədi çağırır
Rəsuldun başqasını özünə pənah bilmir.
خَدِيمٌ ثَـوَى بِالْبَابِ وَهْــــوَ مُؤَمِّــلٌ
إِيَابًا كَرِيمًــــا وَهْـوَ جَيْــرِ أَطَــالاَ
Qapıda gözləyən, ümid bəsləyən bir xidmətçidir o
gözləməsi uzansa da, kərəm dolu bir qəbul dilər.
تَصَاغَرَ عِنْدِي غَيْرُ أَحْمَــدَ إِنَّنِــي
أُرَجِّي مِنَ الْهَــادِي الْعِبَــادِ مَنَـالاَ
Əhməddən başqası kiçildi gözümdə, çünki mən
qulların hidayətçisindən böyük bir lütf gözləyirəm.
كَرِيمَ الْسَّجَايَا وَاسِعَ الْجُودِ مَا تَرَى
لِضَيْـــــفِ كَرِيــمٍ قَــدْ أَجَادَ مَقَــالاَ
Ey gözəl xislətli, geniş kərəm sahibi, nə buyurarsan
sözünü gözəl deyən o Kərimin qonağına?
فَهَبْهُ عَلَى مِقْدَارِ كَفِّــكَ مُصْطَفَى الْ
بَرَايَــا عَطَاءً لاَ يَخَــافُ زَوَالاَ
Ey məxluqatın seçilmişi, əlinin səxavəti qədər bəxş et ona
heç vaxt bitməyəcək, tükənməz bir əta.
فَفِي كُلِّ حَيٍّ قَدْ خَبَطْتَ بِنِعْمَــةٍ
وَإِنِّي كَشأْسٍ قَــدْ أَرُومُ نَــوَالاَ
Sən hər bir canlıya bir nemət bəxş etdin
mən də o möhtac tək sənin lütfünü arzulayıram.
عَلَيْكَ صَـــلاَةُ اللّٰهِ ثُــمَّ سَلاَمُــهُ
وَتَشْمَلُ أَصْحَابَ الْنَّبِـــيِّ وَآلاَ
Allahın salatı və salamı olsun sənə
Peyğəmbərin əshabına və ailəsinə də şamil olsun.