وَاصَلُونِي بَعْدَ بُعْدِي
Uzaqlığımdan sonra mənə vüsal verdilər
Az
وَاصَلُونِي بَعْدَ بُعْدِي
وَرَعُوا سَالِفَ عَهْدِي
Uzaqlığımdan sonra mənə vüsal verdilər
və keçmiş əhdimi qorudular
وَعلَى رَغْمِ الْحَسُودِ
أَنْجَزُوا بِالْوَصْلِ وَعْدِي
Paxılların rəğminə
vüsal ilə vədimi yerinə yetirdilər
يَا سُرُورْي بالَّتدَاني
يَا هَنَا حَظِّي وَسَعْدِي
Ey bu yaxınlıqdakı sevincim!
Ey bəxtimin və taleyimin səadəti!
جَادَ لِي بَدْرِي بِوَصْلِ
يا هَنَائِي نِلْتُ قَصْدِي
Bədrlənmiş ayım mənə vüsal bəxş etdi
ey xoşbəxtliyim, məqsədimə nail oldum
فَاجْتَمِعْ يَا مَاءَ عَيْني
وانْطَفِي يَا نَارَ وَجْدِي
Ey göz yaşım, (sevincdən) toplaş
və ey vəcdimin atəşi, sön
أَنَا فِي لَيْلَةِ أُنْسِي
قَدْ صَفَا مَوْرِدُ وِرْدِي
Mən ünsiyyət gecəmdəyəm
mənəvi çeşməm artıq durulub
وَتَناولْتُ كُؤُوسي
بَين رَيْحَانٍ وَوَرْدِ
Qədəhlərimi əlimə aldım
reyhanlar və güllər arasında
مِنْ يَدَيْ حُلْوِ الْتثَنيِّ
فَاتِنٍ أَهْيَفِ قَدِّ
Nazla süzülən birinin əlindən
o füsunkar, incə və zərif qamətlinin
تَارَةً يُنْشِدُ خُذْ كَاسِي
وَطَوْراً هَاكَ خَدِّي
Gah "Qədəhimi al" deyə nəğmə oxuyur
gah da "Budur yanağım" deyir
إِنْ أَقُلْ يَا أَلْفَ مَوْلَى
قَالَ لِي يَا أَلْفَ عَبْدِي
Əgər "Ey min kərə Mövlam" desəm
mənə "Ey min kərə qulum" deyə cavab verər
أَوْ سَقَى الْمَمْزُوجَ غَيْرِي
خَصَّنِي بالْصِّرْفِ وَحْدِي
Başqalarına qarışıq içki içirtsə də
xalisini yalnız mənə ayırdı
في هَوَاهُ دَعْ مَلاَمِي
وَاطْرِحْ غَييِّ وَرُشْدِي
Onun eşqində məni qınamağı burax
azğınlığımı da, doğruluğumu da bir kənara at
نَارُ وَجْدِي في هَوَاهُ
كَنَعِيمِ الْخُلدِ عِنْدِي
Onun eşqindəki vəcdimin atəşi
mənim üçün əbədi Cənnət neməti kimidir