مَعَانِي قَدْ بَدَتْ عِنْدِي غَرِيبَهْ
Mənə qəribə mənalar zahir oldu.
Az
مَعَانِي قَدْ بَدَتْ عِنْدِي غَرِيبَهْ
وَمَا تُفْضِي إِلِيْهْ بَعْدُ أَغْرَبْ
Qəlbimdə qəribə mənalar zahir oldu
Onların apardığı mənzil isə daha qəribədir
مِنَحْ مِنْ فَضْلِ مَوْلَانَا عَجِيبَهْ
وَمَاذَا فِي عَطَاهُ لَيْسَ أَعْجَبْ
Mövlamızın lütfündən olan bəxşişlər heyrətamizdir
Onun ətasında heyrət doğurmayan nə var ki?
وَعِيدُ الْصَّبِ أَنْ يَلْقَى حَبِيبَهْ
وَسُبْحَانَ الَّذِي قَرَّبْ وَحَبَّبْ
Aşiqin bayramı öz sevgilisinə qovuşmaqdır
Bizi yaxınlaşdıran və sevdirən Allah hər eybdən uzaqdır
مَعِي أَقْوَامْ فِي أَعْلَى كَتِيبَهْ
لَهُمْ أَسْرَارْ لَا تُحْصَى وَتُكْتَبْ
Yanımda ən uca mərtəbəli bir zümrə var
Onların sayılmayan və yazılmayan sirləri vardır
مَوَاهِبْ عَالِيَةْ مَا هِيْ كَسِيبَهْ
وَإِحْسَانُ الْمُهَيْمِنْ لَيْسَ يُحْسَبْ
Bunlar zəhmətlə qazanılmayan uca töhfələrdir
Müheyminin ehsanı isə hesaba gəlməz
وَمَنْ لُهْ سَابِقَهْ يُدْرِكْ نَصِيبَهْ
مُوَفَّى دُونَ أَنْ يَشْقَى وَيَتْعَبْ
Əzəldən qisməti olan öz payına çatar
Yorulub əziyyət çəkmədən ona tam şəkildə verilər
وَنَفْحَةُ بَاسِطِ الْنَّعْمَى قَرِيبَهْ
تَعَرَّضْ يَا فَتَى مِنْهَا تَقَرَّبْ
Nemətləri bol edənin lütf nəsimi artıq yaxındır
Ey gənc, özünü o nəsimə ver və yaxınlaş
عَسَى الْمَكْلُومْ أَنْ يَلْقَى طَبِيبَهْ
فَيُضْحِي الْعِيْشْ لُهْ أَطْيَبْ وَأَطْيَبْ
Ola bilsin ki, yaralı öz təbibinə qovuşsun
Beləliklə, həyat onun üçün daha xoş və pak olsun
وَصَلَّى اللهُ مَا أَفْهَامٌ نَجِيبَهْ
وَعَتْ قَوْلاً بِمَاءِ الْعَيْنِ يُكْتَبْ
Allahın salavatı olsun, nəcib ağıllar
Göz yaşı ilə yazılmalı sözləri dərk etdikcə
عَلَى خَيْرِ الْوَرَى الْهَادِي حَبِيبِهْ
وَآلِهْ وَالَّذِي لِلْطُّهْرِ يَصْحَبْ
Yaradılmışların ən xeyirlisi, hidayət edən sevimlisi üzərinə
Onun ailəsinə və paklıqla ona yoldaş olanlara