بَادِرْ لَقَدْ فَاتَتْكَ الْغَنَائِمْ
Tələs! Qənimətlər səndən yan keçdi.
Az
بَادِرْ لَقَدْ فَاتَتْكَ الْغَنَائِمْ
تَقَاسَمُوهَا وَأَنْتَ نَائِمْ
Tələs, həqiqətən qənimətlər əlindən çıxdı
Sən qəflət yuxusunda ikən onlar paylandı
وَلَوْ رَأَيْتَ الَّذِينَ فَازُوا
نُحْتَ كَمَا نَاحَتِ الْحَمَائِمْ
Səadəti tapanları görsəydin əgər
Göyərçinlər kimi fəğan edib ağlardın
إِنْ رُمْتَ أَلَّا تَكُونَ نَادِمْ
قُمْ لِحَبِيبِ الْقُلُوبِ لَازِمْ
Əgər peşmanlıq dadmaq istəmirsənsə
Qalx və qəlblərin Sevgilisindən ayrılma
وَلَازِمِ الْبَابَ يَا مُعْنَّى
إِنَّ الْسَّعِيدَ الَّذِي يُلَازِمْ
Ey məhzun can, qapıdan möhkəm yapış
Çünki əsl bəxtiyar odur ki, qapıda sadiq qalar
مَنْ لَازِمَ الْبَابَ نَالَ قُرْبا
وَفَازَ بِالْأَجْرِ وَالْغَنَائِمْ
Qapıda sadiq qalan yaxınlığa yetər
Mükafat və qənimətlərlə zəfər qazanar
وَلَا تَنَمْ سَاعَةَ الْتَّجَلِّي
فَلَيْسَ يَحْظَى بِالْأَجْرِ نَائِمْ
Təcəlli saatında yuxuya dalma
Çünki yatan kəs mükafata nail olmaz
قَدْ جَرَحَتْ قَلْبِيَ الْخَطَايَا
وَلَسْتُ أَلْقَى لَهَا مَرَاهِمْ
Günahlar qəlbimi dərindən yaraladı
Onlar üçün heç bir məlhəm tapa bilmirəm
سِوَى الْرِّضَا مِنْكَ يَا إِلَهِي
يَا وَاسِعَ الْجُودِ وَالْمَكَارِمْ
Sənin razılığından başqa, ey İlahim
Ey səxavəti və kərəmi sonsuz olan
وَقَدْ تَوَسَّلْنَا يَا إِلَهِي
بِسَيِّدِ الْعَرَبِ وَالْأَعَاجِمْ
Sənə vəsilə etdik, ey Rəbbimiz
Ərəbin və əcəmin Seyyidini
نَبِيِّنَا الْمُصْطَفَى الْتِّهَامِي
مَنْ جَاءَ لِلْأَنْبِيَاءِ خَاتَمْ
Tihamlı seçilmiş Peyğəmbərimizi
Peyğəmbərlərin möhrü olaraq gələni