صَلَّى عَلَيْكَ اللَّهُ يَا عَدْنَانِ
Allah sənə salavat etsin, ey Adnan
Az
صَلَّى عَلَيْكَ اللَّهُ يَا عَدْنَانِ
يَا مُصْطَفَى يَا صَفْوَةَ الْرَّحْمَٰنِ
Allahın salatı olsun sənə, ey Adnan
Ey Mustafa, ey Rəhmanın seçilmişi
الْحَمْدُ لِلَّهِ الَّذِي أَعْطَانِي
هَذَا الْغُلَامَ الْطَّيِّبَ الْأَرْدَانِ
Mənə bu tərtəmiz, pak təbiətli
Övladı bəxş edən Allaha həmd olsun
قَدْ سَادَ فِي الْمَهْدِ عَلَى الْغِلْمَانِ
أُعِيذُهُ بِالْبَيْتِ ذِي الْأَرْكَانِ
Beşikdəykən üstün oldu bütün həmyaşıdlarından
Onu o uca sütunlu Beytə (Kəbəyə) tapşırıram
حَتَّى أَرَاهُ بَالِغَ الْبُنْيَانِ
أَنْتَ الَّذِي سُمِّيتَ فِي الْقُرْآنِ
Onu kamil bir boy-buxunda görənədək
Sən elə bir kəssən ki, Quranda adın anıldı
أَحْمَدُ مَكْتُوبٌ عَلَى الْجِنَانِ
صَلَّى عَلَيْكَ اللَّهُ فِي الْأَحْيَانْ
Cənnətlərin üzərinə Əhməd adı yazılmışdır
Allah hər zaman sənə salat etsin
أَحْمَدُهُ فِي الْسِّرِّ وَالْإِعَلْأَنِ
حَقًّا عَلَى الْإِسْلَامِ وَالْإِيمَانِ
Gizlində və aşkarda Ona həmd edirəm
İslamın və imanın haqqı naminə
يَا رَبَّنَا بِالْمُصْطَفَى الْعَدْنَانِ
اغْفِرْ ذُنُوبِي ثُمَّ أَصْلِحْ شَأْنِي
Ey Rəbbimiz, o seçilmiş Adnanın xatirinə
Günahlarımı bağışla və işlərimi islah eylə