لِغَيْرِ جَمَالِكُمْ نَظَرِي حَرَامُ
Sizin camalınızdan başqasına nəzərim haramdır.
Az
لِغَيْرِ جَمَالِكُمْ نَظَرِي حَرَامُ
وَغَيْرُ كَلَامُكُمْ عِنْدِي كِلَامُ
Sizin camalınızdan özgəsinə baxmaq mənə haramdır
Yanımda sizin kəlamınızdan başqası kəlam deyildir
وَعُمْرُ الْنَّسْرِ مِنْكُمْ بَعْضُ يَوْمٍ
وَسَاعَةُ غَيْرِكُمْ عَامٌ فَعَامُ
Sizinlə keçən qartal ömrü bir günün parçasıdır
Özgələri ilə keçən bir saat isə illər qədər uzundur
وَصَبْرِي عَنْكُمُ شَيْءٌ مُحَالٌ
وَمَا لِي قَاتِلٌ إِلَّا الْفِطَامُ
Sizdən ayrı səbir etmək qeyri-mümkün bir işdir
Məni öldürən ancaq bu hicran (ayrılıq) dərdi olar
إِذَا عَايَنْتُكُمْ زَالَتْ هُمُومِيْ
وَإِنْ غِبْتُمْ دَنَا مِنِّيْ الْحِمَامُ
Sizi gördüyüm an bütün kədərlərim yox olar
Əgər gözdən itsəniz, ölüm mənə yaxınlaşar
أَوَدُّ بِأَنْ أَكُونَ لَكُمْ جَلِيسًا
وَتُنْصَبَ لِي بِرَبْعِكُمُ خِيَامُ
Arzu edirəm ki, hər zaman sizinlə həmsöhbət olum
Sizin yurdunuzda mənim üçün çadırlar qurulsun
فَدَاوُوا بِالْوِصَالِ مَرِيضَ هَجْرٍ
يَهِيمُ بِكُمْ إِذَا سَجَعَ الْحَمَامُ
Vüsalınızla şəfa verin bu hicran xəstəsinə
Göyərçinlər ötüşəndə o, eşqinizlə sərgərdan olar
حَدِيثُ غَرَامِهِ فِيكُمْ قَدِيمٌ
وَمَلْبَسُهُ مِنَ الْحُبِّ الْسِّقَامُ
Onun sizə olan sevda dastanı çox qədimdir
Məhəbbət yolunda geyindiyi libas isə xəstəlikdir
فَأَنْتُمْ فِي الْأُصُولِ أَجَلُّ أَصْلٍ
إِذَا شِئْتُمْ تَحَصَّلَ لِي الْمَرَامُ
Siz əsillər içində ən uca olan əsilsiniz
Əgər siz diləsəniz, mənim məqsədim hasil olar
بِكُمْ صَعْبُ الْأُمُورِ يَعُودُ سَهْلًا
فَبِالْإِحْسَانِ جُودُوا يَا كِرَامُ
Sizinlə ən çətin işlər belə asanlığa dönər
Ey kərəm sahibləri, ehsanınızla comərdlik edin
وَلَيْسَ سِوَاكُمُ لِلْجُودِ أَهْلًا
فَكَيْفَ نَزِيلُ سُوحِكُمُ يُضَامُ
Sizdən başqası səxavətə əsla layiq deyildir
Sizin hüzurunuza sığınan qonaq heç zülm görərmi?